
mahta mohammadi
Mən artıq üç ildir ki, psixoloji konsultasiya və terapiya sahəsində fəaliyyət göstərirəm. Öz şəxsi kabinetimdə fərdi və cütlük terapiyası həyata keçirir, müxtəlif psixoloji və münasibət problemləri ilə bağlı müraciət edən şəxslərə peşəkar dəstək göstərirəm. Əsas fəaliyyət istiqamətlərimə cütlüklərlə terapiya, nikahdan əvvəl psixoloji məsləhət, ailə və münasibətlərdə yaranan problemlərin həlli, boşanma ilə bağlı psixoloji konsultasiya və emosional dəstək daxildir. Bu müddət ərzində 100-dən çox cütlüklə çalışmış və onların münasibətlərində yaranan problemlərin daha sağlam şəkildə həll olunmasına dəstək olmuşam. İş prosesində hər bir müraciətə fərdi yanaşmağa, qarşı tərəfləri mühakimə etmədən dinləməyə və problemin əsas səbəblərini müəyyənləşdirərək uyğun psixoloji yanaşma tətbiq etməyə xüsusi önəm verirəm. Məqsədim insanların həm özlərini daha yaxşı tanımalarına, həm də sağlam və balanslı münasibətlər qurma bacarıqlarını inkişaf etdirmələrinə kömək etməkdir.
Образование
Типы сеансов и языки
Статьи автора
mahta будет публиковать здесь свои профессиональные материалы.
Отзывы
Если у вас был сеанс с этим психологом, вы можете оставить первый отзыв.
